Obama ABŞda silah əleyhinə aksiya keçirənləri dəstəklədi


Dünya 25 Mar 2018 09:17:00 293 0

Obama ABŞda silah əleyhinə aksiya keçirənləri dəstəklədi

Birləşmiş Ştatların sabiq prezidenti Barak Obama ABŞ-da silah qanunvericiliyinin sərtləşdirilməsi uğrunda aksiya keçirənləri dəstəkləyib.

Son.az report.az-a istinadən bildirir ki, Ağ Evin keçmiş rəhbəri bu barədə "Twitter"də yazıb.

"Mişel (Obamanın xanımı-red) və mən etiraz aksiyasına çıxan bütün gənclərdən ruhlanmışıq. Bu ruhda da davam edin. Siz bizi irəli aparırsınız. Heç kim dəyişiklik tələb edən milyonlarla səsi susdura bilməz", - deyə Obama yazıb.