16 yaşlı yeniyetməni avtomobil vuraraq öldürdü


Digərləri 25 Mar 2018 09:01:00 301 0

16 yaşlı yeniyetməni avtomobil vuraraq öldürdü

Qazaxda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə Bakı-Qazax magistral yolunun Qazax rayonu birinci Şıxlı kəndi ərazisindən keçən hissəsində baş verib.

Kənd sakini 2002-ci il təvəllüdlü Vəliyev Məmməd Rövşən oğlu yolu keçən zaman avtomobil onu vurub. M. Vəliyeva tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.