Alişandan sürpriz evlilik təklifi


Digərləri 25 Mar 2018 06:30:00 279 0

Alişandan sürpriz evlilik təklifi

Aktrisa Buse Varolla ailə qurmağa hazırlaşan müğənni Alişan ona sürpriz evlilik təklifi edib. Son.az axşam.az-a istinadən bildirir ki, ifaçı sevgilisini hazırda rol aldığı "Abdülhamid" serialının çəkiliş meydançasında ziyarət edib.

O, Busenin gözləmədiyi halda, meydançaya daxil olub və əlində üzüklə diz çökərək "Mənimlə evlənərsən?" deyə soruşub. 

Aktrisa Alişanın bu hərəkətindən şok olub və onu qucaqlayaraq razılığını bildirib.