Bərdədə kürəkən qayınatasının evindən oğurluq edib - FOTO


Sosial 25 Mar 2018 00:29:49 320 0

Bərdədə kürəkən qayınatasının evindən oğurluq edib - FOTO

Vüqar İbrahimov və Tərtər sakini Vüqar Baxşəliyev saxlanılıb

Bərdədə kürəkən qayınatasının evindən oğurluq edib.

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, ötən ilin dekabrında rayon sakini Vahid Xanməmmədov Bərdə Rayon Polis Şöbəsinə müraciət edərək evindən 5000 manat pulunun oğurlandığı barədə məlumat verib.

Faktla bağlı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, əməliyyat-axtarış tədbirləri aparılıb. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bərdə rayon sakini Vüqar İbrahimov və Tərtər rayon sakini Vüqar Baxşəliyev saxlanılıb.

Rayon Polis Şöbəsinin İstintaq bölməsinin müstəntiqi Aqil Əliyevin verdiyi məlumata görə, istintaq-əməliyyat tədbirləri ilə onların digər cinayətinin də üstü açılıb. Belə ki, həmin şəxslərin cari ilin fevralında Bərdə rayon sakini Məzahir Cəfərovun evindən 22230 manat pul oğurladıqları müəyyən olunub. Dindirilmə zamanı hər iki şəxs törətdikləri cinayət əməlini etiraf edib.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırmalar davam etdirlir.