Mütəal Allahın insana verdiyi ilk cəza


Digərləri 24 Mar 2018 23:40:00 216 0

Mütəal Allahın insana verdiyi ilk cəza

"İman gətirənlərin (qəlblərində) Allaha məhəbbəti daha qüvvətlidir." (Bəqərə-165)

İslaminSesi.info - "Bilin ki, qəlblər (möminlərin ürəkləri) yalnız Allahı zikr etməklə aram tapar!" (Rəd-13)

Zikr və qəlbin aramlığı insan üçün ən böyük nailiyyətdir. Naliyyətdir ona görə deyilir ki, insan bu ilahi neməti öz səyi və zəhməti ilə əldə edir. Qəlbi aramlığa yetişmək üçün insan müxtəlif növ ibadətlərin, zikrlərin, oruc və digər vacib, müstəhəb buyurulmuş əməlləri yerinə yetirməyin, yaxud haramlardan çəkinməyin çətinliklərinə səbr edir. Nəticədə Mütəal Allah onun bu səy və mübarizəsini mükafatla qiymətləndirir.

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, bu mükafatlar müxtəlif cürdür. Dünya nemətləri, axirət nemətləri. Lakin bütün dünya və axirət nemətlərindən ən üstünü insanın qəlbinə Allah məhəbbətinin, Allah zikrinin şirinliyini dadmaqdan üstün bir nemət yoxdur. Quran buyurur:

Bunun əksi də bu cürdür. Bütün bəla və çətinliklərdən ən çətini, bütün bədbəxliyin ən ağırı insanın qəlbindən Allah zikrinin şirinliyinin alınmasıdır. Hətta hədisi qüdsilərin birində Allah Təala bir günahkara bəla və çətinlik  göndərməmişdən öncə, birinci onun qəlbindən Öz zikrinin şirinliyini almaqla cəzalandırır. Bu günahkara yetişən ən birinci ilahi cəzadır.

Hədislərdə buyurulur ki:

Bir gün Hz. Musa (ə) bir məhəllədən keçərkən qarşısına bir kişi çıxır və deyir: