Şeytan insanın malına və övladına necə şərik olur?


Digərləri 24 Mar 2018 23:50:00 283 0

Şeytan insanın malına və övladına necə şərik olur?

Kimi Şeytanı həqiqi, canlı, müstəqil bir varlıq, kimi isə xəyali bir obraz kimi düşünür. Amma kimin necə bilməyindən aslı olmayaraq Allah-Təala onu bir varlıq kimi təqdim etmiş və onu insanın açıq aşkar düşməni kimi tanıtmışdır. Çünki Qurana əsasən Adəmə səcdə etmək əmri veriləndə İblis səcdə etməmişdi. Səcdə etmək, boyun qaçırmaq, cənnətdən qovulmaq kimi bütün bunlar Şeytanın müstəqil bir canlı olmasını göstərir.

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, Şeytan və insan anlayışı sanki iki qəhrəmanı xatırladır. Bir-biri ilə çarpışan iki, müsbət və mənfi obrazlı qəhrəman.

Şeytanın həqiqəti barədə insanların fikirləri müxtəlifdir. Kimi onu həqiqi, canlı, müstəqil bir varlıq, kimi isə xəyali bir obraz kimi düşünür.  Amma kimin necə bilməyindən aslı olmayaraq Allah-Təala onu bir varlıq kimi təqdim etmiş və onu insanın açıq aşkar düşməni kimi tanıtmışdır. Çünki Qurana əsasən Adəmə səcdə etmək əmri veriləndə İblis səcdə etməmişdi. Səcdə etmək, boyun qaçırmaq, cənnətdən qovulmaq kimi bütün bunlar Şeytanın müstəqil bir canlı olmasını göstərir.

Şeytanın fəaliyyəti və Allah Təalanın ona verdiyi icazə ilə bağlı "ar.hawzahnews" saytı Ayətullah Seyyid Sistaninin dəftərxanasına sual ünvanlayıb. Sualda deyilir:

"(Şeytana)bacarırsansa onların mallarına və övladlarına şərik ol, onlara cürbəcür (yalan) vədlər ver..." ayəsinin mənası nədir?

Cavab:

İnsana şərik olması ifadəsi heç də doğulan övladın (insanın) bir hissəsinin şeytanın bir parçası olması mənasında deyildir. Əksinə bu şəriklik övlada verilən fayda və mənfəətdədir. Təfsiri-mizanın müəllifi mərhum Əllamə Təbatəbai bu məsələni belə açıqlayır:

""Şeytanın insanın mal və övladına şərik olması, insanla bu kimi işlərin mənfətində (ələ gəlməsində) ortaq olması mənasındadır. Necə ki, Allah Təala malı insanın təbii ehtiyaclarını aradan qaldırmaq üçün bir vasitə qərar verib. İnsan mal, sərvət əldə etməklə öz təbii ehtiyacını aradan qaldırmağa çalışır. Qeyri halal yol ilə də əldə edilən malda insan öz ehtiyacını aradan aparmağa çalışır, Şeytan da insana hakim olmaq üçün (malın haramdan hasil olmasında) bu fürsətdən istifadə edir.