Yuxusuzluq nə zaman xəstəlik olur?


Digərləri 24 Mar 2018 23:05:00 357 0

Yuxusuzluq nə zaman xəstəlik olur?

Son zamanlar yuxusuzluq problemindən şikayət edənlərin sayında artım diqqət çəkir. Mütəxəssislər də yuxusuzluğun modern toplumlarda artmaqda olan bir problem halına gəldiyini və ciddi xəstəliklərə zəmin hazırladığını vurğulayırlar. Bəs yuxumuzu nə qaçırır - yediklərimiz, içdiklərimiz, hamımıza təsir göstərən stres, yoxsa şüuraltımızda tolananlar?

Son.az yeniavaz.az-a istinadən bildirir ki, yuxu xəstəlikləri mütəxəssisi, professor Dərya Qaradəniz bütün bu suallara aydınlıq gətirib. Onun sözlərinə görə, müasir dövrümüzdə hər 100 nəfərdən 12-i yuxusuzluğu xəstəlik olaraq yaşayır. Yuxusuzluq yaş artdıqca güclənir və qadınlarda özünü daha çox büruzə verir.

Professor deyib ki, yuxusuzluğun yaranmasında stresin də önəmli rolu var, ancaq məsələ tək bu deyil. Yuxusuzluğun gündüzlər yaratdığı problemlər isə bunlardır: yorğunluq, diqqət pozğunluğu, gərginlik, avtomobil idarə edərkən tez-tez qayda pozma, halsızlıq, qarşısındakı insana qarşı diqqətsiz qalmaq, qəmginlik, özünü əsəbi hiss etmə, baş ağrısı, mədə-bağırsaqda problemlər.

Yuxu rejimini pozan hallar

1. Yatma və oyanma vaxtlarının tez-tez dəyişdirilməsi.

2. Yataqda oyanıq vəziyyətdə çox vaxt keçirmək.

3. Yatmamışdan öncə yuxunu əngəlləyən içkilərdən istifadə.

4. Televizor seyr edərkən, kitab oxuyarkən, telefonla internetə girərkən yataqda uzanılı olmaq.

5. Yatağın narahat vəziyyətdə olması.

6. Yataq otağında artıq işıqların olması, çox isti, çox soyuq, gurultunun olması.

7. Yataqda olarkən nəyisə uzun-uzadı düşünmək, plan qurmaq, öz-özünlə danışmaq, keçmişi xatırlamaq.

Yata bilmək üçün qızıl qaydalar

Professor Dərya Qaradənizin sözlərinə görə, gündüz özünü normal hiss edə bilmək üçün gecə ən azı 6-8 saat normal yatmaq şərtdir: "Araşdırmalar göstərir ki, yuxusuzluq beyni yaşlandırır. Yuxusuzluq başqa bir xəstəliyin əlaməti ola bildiyi kimi, özü ayrıca bir xəstəlik də ola bilər.

Sonda yata bilmək üçün qızıl qaydaları təqdim edirik: