“Hansı tərəfə üz tutsanız Allah oradadır” –


Digərləri 24 Mar 2018 22:50:00 258 0

“Hansı tərəfə üz tutsanız Allah oradadır” –

Şərq də, Qərb də Allahındır: hansı tərəfə yönəlsəniz (üz tutsanız) Allah oradadır. Şübhəsiz ki, Allah (öz mərhəməti ilə) genişdir, (O, hər şeyi) biləndir! (Bəqərə-115)

Din sözünün istilahi (işlənmə) mənası ilahi qanunlar toplusu deməkdir. Bəzi dünşünaslar dini iki qismə:ilahi (səmavi) dinlər və bəşəri dinlərə bölürlər. Bəşəri dinin əsasında "Allah" anlayışı olmur. Bəşəri dinlər əsasən insan düşüncəsinə əsaslanır. Məsələn hindu dinlərini buna misal çəkmək olar. Bunlar əsasən din yox, fəlsəfi, əqli cərəyanlardır.

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, səmavi dinlər isə Allah qanunlarına əsaslanan dinlərdir. İslam dini də Mütəal Allaın göndərdiyi kitaba və peyğəmbərinin (s) sünnəsinə (əməl, söz və davranışına) əsaslanan bir dindir. İslam dini öz qanunlarını bu iki mənbəyə istinad edir.

İslam dininin əhəmiyyət verdiyi, hətta bəzi ibadətlər və dini ayinlər zamanı vacib buyurduğu məsələlərdən biri də "qiblə" məsələsidir. Müsəlmanların ibadət zamanı yönəldiyi qiblə Kəbə evidir. Kəbə qiblə olaraq  Allah Təala tərəfindən təyin edilmiş, hətta bəzi ibadətlər və müəyyən əməllər zamanı qiblə  səmtinə yönəlmək vacib buyurulmuşdur:

"(Ya Rəsulum!) Biz sənin üzünün göyə tərəf çevrildiyini görürük, ona görə də səni razı olduğun qibləyə tərəf döndərəcəyik. İndi üzünü Məscidülhərama tərəf çevir! (Ey müsəlmanlar!) Harada olsanız (namaz vaxtı) üzünüzü oraya döndərin!" (Bəqərə-144)

Bütün bunlarla bərabər qiblə barəsində insanlarda müxtəlif suallar yaranır və bu barədə müxtəlif suallar ünvanlayırlar:

Sual: Quranda buyrulur: "Şərq də, Qərb də Allahındır: hansı tərəfə yönəlsəniz (üz tutsanız) Allah oradadır. Şübhəsiz ki, Allah ( mərhəməti ) genişdir, (O, hər şeyi) biləndir!" (Bəqərə-115). Elə isə qiblənin təyin edilməsi və ibadət zamanı bu səmtə yönəlmək hansı zərurətdən irəli gəlir?