Panik atak nədir?


Digərləri 24 Mar 2018 22:15:00 351 0

Panik atak nədir?

Səbəbi, əlamətləri, panik atakı yaradan amillər və müalicəsi

Panik atak - həyəcan, qorxu (ölüm qorxusu kimi), sıxıntı hislərini içində axtaran, qıcolmalar şəklində ortaya çıxan bir rahatsızlıqdır. Psixoloji problemlərlə, ya da bəzi xəstəliklərlə birlikdə görünə bilir. Xəstə ani bir atakda tamam qorxu içində olur. Öləcəyini, ürəyində bir problem olmasını, infarkt keçirəcəyini düşünür. Atak 10 dəqiqə içində ən şiddətli hal alır. Xəstə panik içində həkim müayinəsinə gəlir. Bayılacağını, çox pis şeylər baş verəcəyini düşünür. Yarım saat içində atak keçməyə başlayır. Xəstə özünü çox yorğun və üzgün hiss edir. Heç bir şey etmək istəmir, dözümü qalmamışdır, tək qalmaq istəmir. Yanında birinin olmasını istəyir.

Panik atakın əlamətləri nələrdir? Son.az hekimtap.az-a istinadən bildirir ki, panik atakın -13 əlamətləri var. Bunlardan ən az 4 əlamətin olması panik atakın olma ehtimalını artırır. 1) Ürək döyüntülərinin çox olması; 2) Tərləmə ( istilik basma ve üşümə); 3) Titrəmə; 4) Nəfəs almaqda çətinlik çəkmək, boğulma qorxusu və tıxanma hissi; 5) Başgicələnmə, bayılacağını düşünmək; 6) Ürəkbulanma, gəyirmə, qarın ağrısı hissi; 7) Nəfəsi kəsilmək hissi, aldığı havanın yetmədiyini düşünərək dərindən nəfəs almaq; 8) Döş qəfəsində ağrı və sıxılma hissiyatı; 9) Özünü hiss etməmək, özünə yadlaşmaq və özünü təhlükədə hiss etmək (depersonalizasyon); 10) Ətrafının həqiqi, gerçək olmadığını düşünmək (derealizasyon); 11) Ölməkdən qorxmaq; 12) Dəli olacağını düşünmək, başqalarına zərər vermək qorxusu; 13) Bədənində keyləşmə, iynə batma hissiyatı.

Panik atak necə yaranır? Panik atakı yaradan nələrdir? Çox vaxt səbəbsiz ortaya çıxır. Beyindəki maddələr mübadiləsinin pozulmasından, ya da beynin yan qisminin funksional pozulmasından meydana gəlməsi düşünülür. Tək başına, ya da müxtəlif xəstəliklərlə birlikdə ortaya çıxır. Stresli bir həyat sürmək panik atakın əmələ gəlməsinə təkan verir. Bunlardan başqa bu vəziyyətlərdə də panik atak əmələ gələ bilər:

Epilepsiya xəstəliyi, ağciyər-ürək xəstəlikləri, vitamin əskikliyi, kafeinlə zəngin qidalanma, qalxanabənzər vəzi xəstəlikləri, qan şəkərinin düşməsi, qanazlığı, beyində yaranan şiş xəstəlikləri, dərmanların yan təsiri, qapalı yerlərdə çox olmaq, çox tünlük, sıxlıq olan yerlərdə olmaq, depresiya ve sinir pozulmaları, narkotik və uyuşduruculardan istifadə etmək, asılılıq yaradan dərmanların qəfildən kəsilməsi.