Görmə zəifliyi və təbii doğuş


Digərləri 24 Mar 2018 21:45:00 344 0

Görmə zəifliyi və təbii doğuş

Siz mənfi rəqəmləri olan eynək taxırsınız, görmə zəyifliyindən əziyyət çəkirsiz. Bu gələcəkdə sizə nə kimi problemlər yarada bilər sualını özünüzə tez-tez verməli olursuz.

Bəzi həkim həmkarlarımız görmədə zəyifliyinin təbii doğuş zamanı torlu qişanın qopmasına səbəb olduğunu qeyd edirlər.

Miopiya təbii doğuş üçün problem yaratmır Son.az hekimtap.az-a istinadən bildirir ki, hamiləlik qadın orqanizminə böyük stresdir. Qadınlarımız bu çətin imtahanın öhdəsindən uğurla gəlirlər. İldən-ilə artan göz xəstəlikləri isə bu çətin yolda bəzi xanımlarımızı qorxudur və onlar təbii doğuş əvəzinə əməliyyata üz tuturlar. Belə ki, göz həkimlərində və ginekoloqlarda müayinə keçən xəstələr çox vaxt göz həkimlərindən təbii doğuşa razılıq alma (çıxarış) vərəqəsinin əldə edilməsi müraciətin əsas səbəbi olur. Onları maraqlandıran məqamlar isə göz dibinin vəziyyəti və gələcəkdə torlu qişanın bu səbəbdən qopub-qopmamasıdır. Həqiqətə qalanda isə təbii doğuşa göz xəstəliklərinin içində miopiya (refraktiv qüsur) adlanan xəstəlik əngəl yarada bilməz. Hətta şəxsi 18 illik təcrübəmdən deyə bilərəm ki, ancaq doğuşdan sonra bir neçə xəstədə torlu qişanın qopmasına rast gəlmişəm, o xanımlar isə HELLP sindromundan (HELLP sindromu hamiləliyin ilk 3 ayında - 35> həftəsində nadir hallarda rast gəlinən fəsadlaşmış hamiləlikdir)  əziyyət çəkirdi və heç bir refraktiv qüsuru (miopiya, astiqmatizm kimi)  müşahidə olunmurdu. Mən bu məsələni araşdırıb xarici kolleqalarımın elmi məqalələrinə müraciət etdim. Onların çoxu göz zəifliyinin normal doğuşa əngəl yarada bilmədiyini qeyd edirlər. Tamamilə başqa göz xəstəliklərinin siyahısı göstərirlir. Bu siyahının içində miopiya (refraktiv qüsur) xəstəliyi yoxdur. Rus məktəbinin yanaşması isə tam fərqlidir və onlar azlıq təşkil edir.  

Hamilə qadınlarda normal doğuşa əngəl yaradan xəstəliklər aşağıdakılardır:  - Buynuz qişanın transplantasiyası (buynuz qişa köçürmələri);  - Göz daxili təziq;  - Göz daxili şişlər;  - Torlu qişanın qopması və bu səbəbdən əməliyyat olunmuş xəstələr.