Bakının sürüşmə zonalarındakı son vəziyyət VİDEO


Digərləri 24 Mar 2018 21:08:00 276 0

Bakının sürüşmə zonalarındakı son vəziyyət  VİDEO

Yağan yağışlar nəticəsində Bakının bəzi sürüşmə sahələrində aktivlik yaranıb. Bəzi ərazilərdə isə qurunt sularının səthə çıxması nəticəsində subasma halları müşahidə edilir. Bayıl yamacı teleqüllə sürüşmə sahəsindəki son vəziyyətlə bağlı da məlumat var.

Bakının sürüşmə zonalarındakı son vəziyyət açıqlanıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının apardığı son monitorinqin nəticələrinə əsasən Bakının bir sıra ərazilərində sürüşmə sahəsinin dinamikasında aktivlik müşahidə edilib.

Milli Geoloji Kəşfiyyat Xidmətinin dəstə rəisi Rafiq Həsənov sözlərinə görə,son bir ay ərzində yağıntılar da bəzi ərazilərdə qurunt sularının səthə çıxmasına və subasma sahələrinin aktivləşməsinə səbəb olub.


Xəbərə aid video