Sumqayıtda fəhlə işlədiyi binadan yıxılaraq ölüb - YENİLƏNİB


Sosial 24 Mar 2018 20:51:00 244 0

Sumqayıtda fəhlə işlədiyi binadan yıxılaraq ölüb - YENİLƏNİB

İşlədiyi binadan yıxılaraq ölən fəhlənin kimliyi məlum olub

Sumqayıtda işlədiyi binadan yıxılaraq ölən fəhlənin kimliyi məlum olub.

"Report"un yerli bürosunun məlumatına görə, bu, 1985-ci il təvəllüdlü Cavadov Ceyhundur.

Məlumata görə, o, iş zamanı ehtiyatsızlığa yol verib. Bu səbəbdən də işlədiyi binanın 7-ci mərtəbəsindən yıxılıb. C. Cavadov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

***19:11

Sumqayıtda fəhlə işlədiyi binadan yıxılaraq ölüb.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Dənizkənarı bulvar ərazisində inşa edilən yeni yaşayış kompleksində baş verib.

Adı hələlik açıqlanmayan fəhlənin yuxarı mərtəbədən yıxıldığı bildirilir. Hazırda həmin şəxsin kimliyi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.