“Rəcəb” ayının adları


Digərləri 24 Mar 2018 20:40:00 304 0

“Rəcəb” ayının adları

Rəcəb ayı müqəddəs üç ayların ilkidir. Bu üç ayın özünə məxsus fəzilətləri vardır. Rəcəb ayında olan xüsusi özəlliklərə görə ona aşağıdakı adlar verilmişdir

Son.az islaminsesi.info-ya istinadən bildirir ki,  "Rəcəb" Cənnətdə bir arxın da adına verilən isimdir. Xüsusi əzəmətə və hörmətə layiq olduğundan "heybətli", "hörmətli", "təzim etmək", "çəkinmək", mənalarına da gəlir. Çünki, insanlar bu ayda silahlarına əl atmaz, bu aya hörmət əlaməti olaraq sülh və əmin-amanlıqda yaşayardılar.

1."Rəcm" (Daşlamaq) - İnsan bu aydan etibarən özünü Ramazan ayına hazır edir, tövbə və istiğfarlar şeytanı sanki daşlayır və özündən uzaqlaşdırır.

2. "Mutəhhər"(Təmizləyici) - Bu ayda oruc tutanların günahının bağışlanması və beləliklə Ramazana pak şəkildə daxil olmasına zəmin yaratdığı üçün bu ad verilmişdir.

3."Tövbə" - Bu ayda insan sanki, qəflət yuxusunda oyanıb, öz yaradanına qarşı tövbə vasitəsi ilə qayıdır. Bağışlanma diləyir.

4."Etiraf" - Bu ayda insan müqəddəs üç aylara daxil olduğundan Rəbbi ilə üns qurur və Onun qarşısında günahlarını etiraf edir.

5."Fərd" (tək) - Rəcəb ayı digər haram aylardan ayrı düşdüyü üçün ona bu ad verilmişdir.