Lənkəranda facəli ölüm: qadın təndirdə yandı VİDEO


Digərləri 24 Mar 2018 20:48:00 262 0

Lənkəranda facəli ölüm: qadın təndirdə yandı  VİDEO

Lənkəranda çörək bişirən 50 yaşlı qadın təndirə düşüb və yanaraq ölüb.

Bədbəxt hadisə rayonun dağ kəndi olan Aşağı Təngivanda baş verib. Kənd sakini Böyükxanım Əliyeva təndirdə çörək bişirərkən təndirin içərisinə yıxılıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Böyükxanım Əliyeva aldığı yanıq xəsarətlərindən hadisə yerində dünyasını dəyişib. Qadının yanmış meyiti təndirdən çıxarılıb.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinin əməkdaşları cəlb olunub. Mərhumun ölümünün dəqiq səbəbləri ekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.


Xəbərə aid video