“Allah istədiyini zəlalətə salar”


Digərləri 24 Mar 2018 20:50:00 254 0

“Allah istədiyini zəlalətə salar”

"Əgər Allah istəsəydi, sizi (eyni dində olan) tək bir ümmət edərdi. (Allah) dilədiyini zəlalətə salar, dilədiyini isə doğru yola yönəldər. Sözsüz ki, etdiyiniz əməllərə görə sorğu-sual olunacaqsınız!"

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, Qurani Kərim Rəbbimizin bizə bir lütfü, hədiyyəsi, rəhmətidir. Bütün bunlar, hətta daha artığı Quranda mövcuddur. Çünki İlahi Kitab insan həyatının bütün sahələrini əhatə edir. Ola bilsin indi bunun hamısını görə bilmirik. Amma zaman təcrübəsi bunun həqiqət olduğunu təsdiq edir. Qurani Kərimin hər kəs üçün aydın olmayan ifadələrindən biri də "Allah istədiyini zəlalətə salar" və ya bu kimi ayələrdir. Nəhl surəsinin 93-cü ayəsində buyrulur:

İslam alimləri hidayəti iki qismə ayırırlar: ibtidai və qazanılan hidayət.

İbtidai hidayət hər bir insanda mövcuddur. Allah Təala hər bir insanı xəlq edib, ona ruh bəxş edərkən, ona ağıl və fitrət (qəlb) adlı iki böyük dəyər bəxş edib. Bu iki dəyərli vasitə ilə insan üçün daima hidayətin yolu açıqdır. Bunlar hər bir insanda vardır, hidayət və Allahı tanıma yolunda ilkin sərmayə olduğu üçün bunlara "ibtidai" hidayət deyilir.

İkinci isə "qazanılan" hidayətdir ki, bu da "ibtidai hidayətdən" nəşət tapır və tədricən hər insanda bir cür inkişaf edir. İnsanın hidayəti bu inkişafdan aslıdır. Yəni insan qəlbinin və ağlının dərinliklərində yerləşən Allaha pərəstiş hissini müəyyən əməl, niyyət, qəsd, təfəkkür və bu kimi qüvvələrlə hərəkətə gətirir, nəticədə "qazanılmış hidayət və zəlalət" əldə etmiş olur.

Niyə hidayət və zəlalət deyirik? Çünki insan, qeyd etdiyimiz səyləri müqabilində hər zaman doğru istiqamətdə olub ilahi mükafat əldə edə bilmir. Bəzən bunun əksi olaraq cəza ilə üzləşməli olur. Yuxarıda qeyd etdiyimiz ayədəki "hidayət" və "zəlalət" anlayışları məhz bu növ hidayətə aiddir.

Allah istədiyinə rəhm edər, istədiyinə cəza verər!

Zəlalət, yəni Allah istədiyindən Öz lütf və inayətinin çəkər!