İngilis dili öyrənərkən etdiyimiz


Digərləri 24 Mar 2018 20:25:00 296 0

İngilis dili öyrənərkən etdiyimiz

Çoxumuz həyatımızın müxtəlif dövrlərində ingilis dilini öyrənməyə çalışırıq. İndi İngilis dili ibtidai təhsilin ikinci sinifində öyrədilməyə başlayır və orta məktəbdə son sinifə qədər davam edir. Yəni, Azərbaycanda hər uşaq yeddi/səkkiz yaşından on yeddi yaşına qədər İngilis dili keçir. Bəzi siniflərdə dərslər həftədə ən azı iki dəfə ingilis dilində tədris olunur. Ancaq heç bir şagird məktəbdən ingilis dilini öyrənmir. Bunun əsas səbəbi məktəblərdə istifadə olunan yanlış dil tədris metodlarıdır. Niyə ingilis dilini öyrənə bilmirik?

1. İngilis dilini Dərs olaraq görmək

Son.az banco.az-a istinadən bildirir ki, ingilis və ya hər hansı başqa bir dili öyrənməyə çalışarkən çoxumuzun ilk etdiyi şey bir qrammatika kitabı almaq və bir neçə həftə onu oxumaqdır. Qrammatika kitabını nizamlı oxuduğumuzda elə bilirik ki, ingiliscə öyrənə biləcəyik. Bunu düşünməyimiz normaldır. Çünki, hər hansı bir dərs öyrənərkən o dərsin kitabını oxuyub öyrəndiyimiz müddətcə müvəffəqiyyətli olarıq. Lakin İngilis dili bir dərs deyil, bir dildir. Dil olması səbəbi ilə canlıdır. Yalnız qrammatika kitabı oxuyaraq ingilis dilini öyrənə bilməyəcəksiniz. Danışmaq, dinləmək kimi praktikaları edərək dil ilə iç-içə olmalı, sanki o dili yaşamağınız lazımdır.

2. Qrammatikaya ilişib qalmaq

Dili həyatdan ayrı bir dərs kimi öyrənməyə çalışdığımız zaman, biz həmin dil ilə yadlaşırıq. Qrammatikanı nə qədər yaxşı bilsəkdə, kifayət qədər söz bilmiriksə, ya da beynimizdəki sözlərə tez qrammatikanı tətbiq edə bilmiriksə, demək o dili öyrənə bilməmişik. Buna görə də ən yaxşısı İngilis dili öyrənmədən əvvəl sadə nümunələri öyrənin, sonra əsas zamanları (Gələcək, Keçmiş, indiki davam edici və bitmiş zaman) öyrənib dərhal praktikaya başlamanız yaxşıdır. Qalanları zamanla gələcəkdir.

3. Əvvəlki uğursuzluqlarınıza ilişmək və "Məndə Dil Qabiliyyəti Yoxdur ki!"

Girişdəki bənddə də bəhs etdiyimiz kimi Azərbaycanda oxumuş şagirdlər olaraq uzun müddət İngilis dili dərsi keçməyimizə baxmayaraq ümumiyyətlə İngiliscə öyrənə bilmirik. Bu da zamanla bizə dili və özümüzü mühakimə etməyə imkan verir. Ya İngilis dilini çox çətin bir dil kimi təsəvvür etməyə başlayırıq ya da özümüzü dil bilikləri olmayan və ingilis dili öyrənə bilməyən bir insan kimi görürük. Əslində bunlardan heç biri doğru deyil. İngilis dili analitik bir dildir. Yəni, Azərbaycan dilindəki kimi çoxlu şəkilçili və iç-içə bir dil quruluşu yoxdur və ya ərəb dili kimi hərflərin yazılışına görə fərqlənən bir söz quruluşu yoxdur. Bu baxımdan İngilis dili daha asan öyrənilə bilən bir dildir. İngilis dili asan olsa belə sizin dil qabiliyyətinizin olmadığını düşünürsünüzsə, yenə yanılırsınız. Çünki, öz ana dilində düzgün bir şəkildə danışa bilən hər bir insanın dil qabiliyyəti vardır. Yəni Azərbaycan dilini danışaraq insanlarla ünsiyyət qura bilirsinizsə, bu İngilis dilini də öyrənə biləcəyiniz mənasını verir. Beləliklə, köhnə müvəffəqiyyətsizlikləri kənara qoyaraq yeni bir başlanğıc etmək lazımdır.