KİV: Tramp Rusiya diplomatlarını ABŞ-dan qovmaq niyyətindədir


Dünya 24 Mar 2018 20:11:00 286 0

KİV: Tramp Rusiya diplomatlarını ABŞ-dan qovmaq niyyətindədir

Bu, Rusiyanın keçmiş kəşfiyyatçısının Britaniyada zəhərlənməsnə cavab olacaq

ABŞ prezidenti Donald Tramp Skripal işinə görə Rusiyanın onlarla diplomatını ABŞ-dan qovmağı planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə TASS "Bloomberg" agentliyinə istinadən məlumat yayıb.

Agentliyin Skripalla bağlı yaranmış vəziyyətlə yaxından tanış olan iki şəxsə istinadən yaydığı məlumata görə, bu, Rusiyanın keçmiş kəşfiyyatçısının Britaniyada zəhərlənməsnə cavab olacaq. "Bloomberg"in mənbələrinin məlumatında qeyd edilir ki, qərar bazar ertəsi günü elan ediləcək.

Bununla yanaşı, Trampın bu qərarında qəti olmadığı da istisna edilmir. Agentliyin mənbəyinin məlumatına görə, ABŞ prezidenti bunu Avropa ölkələrinin də Rusiyaya qarşı analoji addım atacağına əmin olduqdan sonra etməyə hazırlaşır.

"Bloomberg"in məlumatına görə, Tramp Ağ Evin Milli Təhlükəsizlik Şurasının Rusiya diplomatlarını ölkədən çıxarmaq barədə tövsiyəsi ilə razılaşıb.