Düzgün pəhriz saxlamağın yolları


Digərləri 24 Mar 2018 20:15:00 407 0

Düzgün pəhriz saxlamağın yolları

Arıqlamaq istəyən insanlara tövsiyələr

Arıqlamağı düşünənlər ilk öncə orqanizmlərini tanımalıdırlar. Dəb üçün deyil, özlərini sevdikləri üçün arıqlasınlar və bu prosesi həkim nəzarətində keçsinlər. Kilosunu qorumaq istəyənlər ağ çörək, şəkər yeməsinlər. Çörəklə kartof yemək olmaz. Gündə 5 pay az porsiya ilə qida qəbul etsinlər. Qara çay deyil, bol-bol su içsinlər.

İnternətdən götürülən diet proqramları Aneroksik dietlər çoxdur. İnsanın bədəni tanınmadan, hesablanmadan, daxili xəstəlikləri müəyyənləşdirilmədən o insana diyet proqramı necə hazırlana bilər? İnsanın bədəninin antioksidantlar səviyyəsi, onun da öz düsturu var. Hər kəsin bədəni özəldir. Xəstəliyi olmayan şəxsdə ilk olaraq müayinədən keçməlidir. İnternətdən götürülən diet proqramları ilə arıqlamaq olmaz. Detoks içkilər geniş yayılıb, insanlarımız onlara üz tutur. Bizim xalq asana qaçmağı sevir, biz "çay içib, arıqlayım" deyən cəmiyyətik. İnsanlar forum çaylardan, yaşıl kofedən uzaq olmalıdırlar.

İdmansız diyet olarmı? Son.az hekimtap.az-a istinadən bildirir ki, diyet sözü yunan dilindən tərcümədə həyat tərzi deməkdir. Həyat tərzi bədən tərbiyəsiz necə ola bilər? Mən idman demirəm, çünki idman geniş anlayışdır. İnsan aktiv fiziki hərəkətlərdə olmalıdır. Mənim arıqlama proqramımda idman yoxdur, konsepsiyam fərqlidir. Mən insanı arıqlatdığım müddətdə idmanla məşğul olmasını tövsiyə etmirəm, proqram bitəndən sonra pasiyentimə düzgün qida, su və bədən tərbiyəsi proqramı verirəm.

İnsanların üzdən arıqlayıb, qarın nahiyyəsindən kökəlməsinin səbəbləri Bu, əslində qeyri-düzgün müdaxilədən xəbər verir. İnsanın istənilən nahiyəsini arıqlatmaq mümkündür. Əvvəlcə pasientin bədən tipini tapmaq lazımdır. Bu yaxınlarda Mələkxanım Əyyubova mənə müraciət etmişdi, bildirdi ki, kilosunun dəyişməsini istəmir, ancaq qarın nahiyəsinin arıqlamasını arzulayır. Biz də istəyini nəzərə alaraq, onu 2,5-3 kilo arıqladaraq, 12-14 sm belini incəltdik. Dietologiya elmi çox qəlizdir, insan bədəni üzərində individual iş getməlidir. İnsanlar kor-təbii, hər gördüyü dietə aldanmamalıdır.

İnsanların kortəbii vasitələrə müraciət etməsinin səbəbi Biri var, ödənişsiz resept, bir də var proqram... Lakin onun ağrı acısını sonradan çəkirlər. İnsanlar təbii ki, öz seçimlərini edir. Mən heç yerdə demirəm ki, gəlin sizi arıqladım, 5 ildir ki, bu sahədə ciddi işlər görüb, mediada bu sahənin təbliğatı ilə məşğulam, amma kimsə efirdə telefon nömrəmin səsləndirildiyini görməyib. Lakin buna baxmayaraq ölkə xaricindən də yanıma gəlirlərsə, deməli, insanlar ciddi araşdırma edib, təbii seçmə nəticəsində bu problemlərdən bir dəfəlik qurtulmaq istəyirlər. Yanlış yol seçənlər də sonda peşəkarlara üz tutur. Keyfiyyətli iş ucuz ola bilməz. İnsan doğru yolla arıqlayarsa, ömür boyu çəkisini qoruya bilər. Düzgün proqramla 6 ay ərzində 100 kq kilo atmaq belə, mümkündür. Ona görə də insanlar yanlış yollara əl atıb, həm vaxtlarını, həm pullarını heyf etməsin.