Bu əşyalari hamamda saxlamayin


Digərləri 24 Mar 2018 20:10:00 235 0

Bu əşyalari hamamda saxlamayin

Şəxsi gigiyenamız üçün hamam olduqca önəmli bir yerdir. Hamamda yaranan nəmli və rütubətli şəraitə görə oranı nə qədər təmizləsək də, istənilən təmizliyi əldə etmək çətin olur. Buna görə də gigiyenik əşyaları hamamda saxlamaq ən böyük səhvlərdən biridir. Beləliklə, sizə hamamda saxlamayacağınız əşyaların siyahısını təqdim edirik.

Diş fırçası

Aparılan araşdırmaya əsasən, hamamda saxlanılan diş fırçalarının üzərində 60 faiz qalıq maddələr tapılıb. Bu isə nə qədər təmizkar olsanız da, hamamda yaranıb artan bakteriyalara əngəl ola bilmədiyiniz anlamına gəlir.

Prezervativ

İstiliyə və nəmə məruz qalmaq prezervativə zamanla zərər verərək təsirini azaldır. Buna görə prezervativləri saxlamaq üçün ən uyğun yer hamam otağı yox, bir dolabdır.