Bərdədə ağır qəza: 4 yaralı FOTO


Digərləri 24 Mar 2018 19:46:00 330 0

Bərdədə ağır qəza: 4 yaralı  FOTO

Hadisə nəticəsində 4 nəfər xəsarət alıb

Bərdədə 4 nəfərin ağır yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Son.az "Report"a istinadən bildirir ki,  hadisə rayonun Koroğlu küçəsində baş verib.

Belə ki, "LADA-099" markalı avtomobillə "Ford" markalı minik avtomobil toqquşub. Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü və sərnişinləri ağır xəsarət alıb.

Yük avtomobilin sürücüsü Telman Əliyev, minik avtomobilinin sürücüsü, Ağdam rayon sakini, 1980-ci il təvəllüdlü Əliyev Qədir Tapdıq oğlu, habelə onun iki azyaşlı ovladı - 10 yaşlı Əlizadə Aysun Qədir qızı və 4 yaşlı Əlizadə Əli Qədir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Bərdə Rayon Mərkəzi xəstəxanasına çatdırılıblar. Travmatalogiya şöbəsinə yerləşdirilən yaralıların vəziyyətləri ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.


Xəbərə aid fotolar