Quranda insana qurtuluş vəd edən “Səy”


Digərləri 24 Mar 2018 19:50:00 233 0

Quranda insana qurtuluş vəd edən “Səy”

İnsan sanki çarpışma meydanına atılmış bir mübarizdir. Onun hər anı mübarizədir. Həm yaşamaq uğrunda mübarizə, həm də özü ilə mübarizə. Bu insan olmağın ən çətin göstəricisidir.

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, bu qeyd etdiyimiz iki mübarizənin içində ən çətini və ən ağırı insanın özü ilə mübarizəsidir. Çünki insan özü ilə, nəfs və tamahı ilə mübarizədə qalib olarsa, yəni hər kəs öz nəfs və tamahına qalib olarsa yaşamaq uğrundakı mübarizə çox asanlaşar. Çünki həm öz həyatını, həm də digərlərinin həyatını çətinləşdirən insanlar öz nəfs və tamahına məğlub olan insanlardır. Dünyada baş verən müharibə, aclıq, qırğınlar, dava-dalaşlar məhz bu növ, nəfs və Şeytanana məğlub olmuş insanların əmllərinin nəticəsidir. Elə bu səbəbdən Allahın Rəsulu (s) insanın özü ilə mübarizəsini "Ən böyük cihad" adlandırıb.

İnsanın bütün "qazancı" və "itirdikləri" onun SƏYİNƏ bağlıdır. Yəni, deiyimiz kimi İnsanın ətrafında baş verənlər və dünyada baş verənlər hamısı insanların özləri ilə (nəfsləri ilə) hansı dərəcədə mübarizə apardıqlarının göstəricisidir (təbii ki, ümumi şəkildə). Qurani Kərim bu mətləbi belə bəyan edir:

وَأَنْ لَيْسَ لِلْإِنْسَانِ إِلَّا مَا سَعَىٰ

İnsana ancaq öz səyi (çalışması, əməli) qalar!