Gəncədə nitq qüsurlu 5 yaşlı uşaq su kanalında batıb - FOTO


Sosial 24 Mar 2018 19:03:45 343 0

Gəncədə nitq qüsurlu 5 yaşlı uşaq su kanalında batıb - FOTO

Selcan Ağayevanın ailəsi ilə birlikdə Nizami rayonuna qonaq gəldiyi bildirilir

Gəncə şəhəri, Nizami rayonu ərazisindəki su kanalında 5 yaşlı qıza batıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Ağayeva Selcan məxsus mobil telefonun kanalda aşkarlanması səbəbindən onun batdığı ehtimal edilir.

Onun nitq qüsurlu olduğu bildirilir. S.Ağayevanın ailəsi ilə birlikdə Nizami rayonuna qonaq gəldiyi bildirilir.

FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.