Rusiyada keçmiş prezidentliyə namizəd vədini yerinə yetirib


Dünya 24 Mar 2018 19:21:00 287 0

Rusiyada keçmiş prezidentliyə namizəd vədini yerinə yetirib

Rusiyada ötən həftə baş tutmuş prezident seçkilərində namizədlərdən biri Pavel Qrudinin seçki ərəfəsində verdiyi vədi yerinə yetirib.

Son.az Trend-ə istinadən bildirir ki, Rusiya Kommunist Partiyasının namizədi P.Qrudinin videobloqerlə mübahisə edərək seçkilərdə 15 faizdən aşağı səs toplayacağı təqdirdə bığlarını qırxacağını demişdi.

Öz növbəsində bloqer Yuri Dud əks halda başını keçəl edəcəyini vəd etmişdi.