Avropadan söyüş yağır, çətirlərinizi açın Əks fikir deyənlər


Siyasət 24 Mar 2018 19:16:00 300 0

Avropadan söyüş yağır, çətirlərinizi açın  Əks fikir deyənlər

Bir vaxtlar sivil dünyanın mərkəzi kimi qələmə verilən Avropa indi bəzi dırnaqarası müxalifət nümayəndələrinin, heç bir təhsili, əqidəsi olmayan insanların söyüş meydanına çevrilib. Onlar orada özlərini cəzasızlıq mühitində hiss etdiklərindən söyə bildikləri qədər söyürlər. Özü də heç bir əndazə gözləmədən. Axı, siyasi mübarizənin də bir ölçüsü, norması olmalıdır. Radikal müxalifət isə baş verənləri qızışdırmaqla məşğuldur.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, milli mübarizədə, vətən uğrunda müharibədə adlarına rast gəlinməyənlərin səsi-sorağı indi Avropadan gəlir. Hamısı da dövlətçilikdən, vətənpərvərlikdən, mübarizədən, kişilikdən, qeyrətdən danışır. Onlarla razılaşmayanlar isə söyülür, təhqir edilir və ya bloka atılır.

Son zamanlar sosial mediada bəzi şəxslər özlərini hec bir çərçivəyə sığmayan formada aparır. Sosial media da əslində bir ictimai platformadır. Necə ki, ictimai yerlərdə biz istədiyimizi söyüb, istədiyimizə qışqıra bilmiriksə, sosial mediada da bu qaydalar gözlənilməlidir. Amma nə etmək olar? Bu adamların bundan artığına intellekti çatmır. Arqumentləri olmadıqda isə istifadəçiləri bloka salırlar. Orduxanlar, Vidadilər nə etmək istəyir? Onlara kim inanır və etibar edir? Sosial media diversantlarını bu qədər aqressivləşdirən nədir?

Bütün bu suallara bir mənalı cavab vermək olduqca çətindir. Cünki, Azərbaycandakı siyasi mübarizə tarıxındə indiyə kimi bu metoddan hələ istifadə edilməyib. Hec kim digərini kucə ifadələri ilə söyməyib. Mubarizəni cılızlaşdırmayıb. Amma indi Orduxan kimilər siyasi məkanda bu formanı uğurlu metod kimi qəbul edirlər. Soyüşlə inqilab edəcəklərini düşünür, müxtəlif məzmunlu çağırışlar edirlər. Əslində onlar da bilir ki, Avropada oturmaqla hec nəyə nail ola bilməyəcəklər. Sadəcə, səhnəarxası partonlarına xoş görünməyə çalışırlar. Nə qədər çox söysələr, Avropada o qədər hörmətli olacaqlarını düşünürlər. Bəzi gənclərimiz Avropaya elm, təhsil dalınca gedib, yaxşı mütəxəssis kimi qayıdır, bunlar isə oradan Azərbaycanı söyməklə günlərini keçirib qrantlar, ianələr alırlar. Nə kitab oxuyurlar, nə də hər hansı bir elmi fəaliyyətlə məşğuldurlar.

Küçə mədəniyyəti ilə yaşayan bu şəxslərin dırnaqarası fəaliyyəti-missiyası isə elə də uzunömürlü olmayacaq. Günəşdən qaçan bayquşlar kimi hələlik qaranlıq güclərin kölgəsinə sığınıblar. Avropada oturub tez -tez "mənim xalqım" və "mənim millətim" deməklə, ağız şirin olmur. Avropanın elmini, təhsilini, texnologiyasını araşdırıb, öyrənib xalq üçün tətbiq etmək lazımdır. Əlinə bir telefon alan isə başlayır canlı yayıma. Bu insanların nə danışıq, nə də ki, siyasi mübarizə mədəniyyətləri var.

Azərbaycanda bir çox siyasi xadim soyüşlü mübarizəni pislədi. Çünki, söyüş həm də siyasi mübarizənin zəifliyinə dəlalət edir. Lakin təəssüf ki, bütün bunlar baş verərkən, radikal müxalifət bəzən susqunluqla, bəzən də trollar vasitəsilə söyüşləri tirajlıyaraq vəziyyəti qızışdırmağa çalışdı. Demək ki, bu, onların metodudur: Söyüş, şər-böhtan və qaralama kampaniyaları.

Xalqa isə soyüşlə bəslənən müxalifət lazım deyil. Nə buradakı, nə də Avropadakı.

Videonu izləmək üçün şəklə klikləyin: