37 il həbs yatmış şəxs oğurluğa görə yenidən saxlanıldı


Kriminal 24 Mar 2018 18:21:00 294 0

37 il həbs yatmış şəxs oğurluğa görə yenidən saxlanıldı

Goranboy rayonunda mal-qara oğurlayan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Son.az-a verilən məlumata görə, rayonun Borsunlu kəndində ümumi dəyəri 5 min 200 manat olan 4 baş iribuynuzlu heyvanları oğurlayan şəxs saxlanılıb. Belə ki, həmin kəndin sakini olan, 1961-ci il təvəllüdlü Etibar Qarayev Ələddin oğlu martın 20-də həmkəndlisinin həyətyanı səhəsində yerləşən tövlədən mal-qaranı oğurlayaraq onları satmaq istəyib.

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat axtarış tədbirləri nəticəsində E.Qarayev saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 177.2.3-cü (Oğurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.