Gəncədə faciə: azyaşlı kanalda batıb


Digərləri 24 Mar 2018 18:08:00 241 0

Gəncədə faciə: azyaşlı kanalda batıb

Gəncədə azyaşlı kanalda batıb.

Son.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata görə, Gəncə şəhəri, Nizami rayonu ərazisindən keçən kanalda 1 nəfər azyaşlının batdığı ehtimal edilir.

Nazirliyin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.