Arvadını vəhşicəsinə qətlə yetirən şəxs: "Dedim ki, özünü yığışdır, səni boğub öldürərəm” FOTO


Kriminal 24 Mar 2018 17:40:00 276 0

Arvadını vəhşicəsinə qətlə yetirən şəxs: "Dedim ki, özünü yığışdır, səni boğub öldürərəm”  FOTO

Arvadını öldürməkdə ittiham edilən şəxs növbəti dəfə hakim qarşısına çxıarılıb. O, aldığı cəzanın ağır olduğunu deyir.

Son.az musavat.com-a istinadən xəbər verir ki, 1986-cı il təvəllüdlü Ələskərov Murad Şirinbəy oğlu Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinib, Bakı Ağır Cinayətlər Məhkəməsinin 9 oktyabr 2017-ci il tarixli hökmü ilə 18 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkir.

M.Ələskərov Quba rayonu, Güləzi kəndində anadan olub, orta təhsilli, ailəli olmaqla himayəsində üç nəfər azyaşlı uşağı ulub. Əvvəllər məhkum olunmayan M.Ələsgərov fərdi əmək fəaliyyəti ilə məşğul olurmuş. Qısqanclıq zəminində arvadının öldürən M.Ələskərov aldığı cəzadan narazı qalıb və apellyasiya şikayəti verib. İşə Sumqayıt Apellyasiya Məhkəməsində hakim Vidadi Cəfərovun sədrliyi ilə baxılıb. 

Əvvəlcə qeyd edək ki, M.Ələskərov arvadı Ulduz Ələskərovanın onlarla eyni evdə yaşayan ögey qardaşı Şeyda Ələskərov ilə münasibətlərinin olmasından şübhələnib. Buna görə də Ulduz Ələskərovanı qəsdən öldürmək qərarına gəlib. Bu məqsədlə arvadının tövləyə azyaşlı qızı Aybəniz Ələskərova ilə birlikdə girdiyini görüb, odun doğramaq üçün həyətdə saxladıqları baltanı götürərək onların arxasınca gedib.

İttihamda yazılır ki, M.Ələskərov xanımına arxadan yaxınlaşaraq, balta ilə onun sağ çiynindən bir dəfə vurub. Ulduz Ələskərova ayağa qalxıb özünü müdafiə etmək istəyib. Bu zaman mərhumun azyaşlı qızı Aybəniz Ələskərova tövlədən çıxaraq evə qaçıb. M.Ələskərov arvadını yerə yıxaraq əlləri ilə boğmağa çalışıb. U.Ələskərovanın müqavimət göstərdiyini görüb, yerdən götürdüyü daş parçası ilə baş nahiyəsindən bir neçə dəfə zərbə vurub. U.Ələskərova bu dəfə də ərinin əlindən xilas olmağı bacarıb. Amma qaçmağa imkan tapmamış Murad Ələskərov yerdən baltanı yenidən götürüb arvadının arxasınca qaçaraq kürək nahiyəsindən bir dəfə vurub. Ardınca isə səkkiz dəfə Ulduz Ələskərovanın baş və çiyin nahiyələrindən vuraraq onu qətlə yetirib.


Xəbərə aid fotolar