Bakıda benzin fırıldaqçısı yenidən yaxalandı


Kriminal 24 Mar 2018 16:21:00 283 0

Bakıda benzin fırıldaqçısı yenidən yaxalandı

Novruz bayramı gecəsi Bakıda zavoda məxsus yanacaq borusunu xüsusi alətlə deşən şəxs tutulub.

Son.az lent.az-a istinadən xəbər verir ki, martın 20-si saat 04 radələrində 1975-ci il təvəllüdlü Həmdəmov Nizami Hüseynağa oğlu Bakı Neft Emalı Zavoduna məxsus neft məhsulları nəql olunan boru kəmərini oğurluq məqsədilə xüsusi alətlə deşərkən, həmin ərazidə xidmət aparan Neft Emalı Obyektlərinin Mühafizəsi İdarəsinin əməkdaşları tərəfindən tutulub.

Dərhal əraziyə polis çağırılıb və o, Xətai RPİ-nin əməkdaşlarını təhvil verilib. Bildirilir ki Nizami Həmdəmov əvvəllər də həmin zavoddan külli miqdarda benzin oğurlayıb. Belə ki, 2009-cu ildə N.Həmdəmov və bir neçə nəfər şəxslə əlbir olaraq Bakı Neft Emalı Zavodunun 7-ci sexində yerləşən benzin borusundan NZS qəsəbəsi, Süleyman Əhmədov küçəsində yerləşən "FF Company"-yə məxsus obyektə yeraltı yollarla boru xətti çəkərək külli miqdarda benzin oğurlayıb.