Seçkiləri izləmək üçün 55 mindən çox yerli müşahidəçi qeydiyyatdan keçib


Siyasət 24 Mar 2018 15:37:36 405 0

Seçkiləri izləmək üçün 55 mindən çox yerli müşahidəçi qeydiyyatdan keçib

Aprelin 11-də keçiriləcək prezident seçkilərində yerli müşahidəçilərin sayı açıqlanıb.

Son.az Trend-ə istinadən bildirir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib ki, dairələr üzrə müşahidə aparmaq istəyən 55 min 887 yerli müşahidəçi qeydiyyatdan keçib.

Komissiya sədrinin sözlərinə görə, 969 yerli müşahidəçi MSK-da qeydiyyatdan keçib.