Güclü külək Daşkəsən rayon sakinlərinə ciddi ziyan vurdu


Digərləri 24 Mar 2018 15:24:00 305 0

Güclü külək Daşkəsən rayon sakinlərinə ciddi ziyan vurdu

Daşkəsən rayonunda əsən güclü külək şəhərin bir hissəsini işıqsız qoyub.

Son.az report.az-a istinadən bildirir ki, səhər saatlarından başlayaraq əsən güclü külək nəticəsində şəhərdə bəzi problemlər yaranıb. Əsasən şəhərin bir hissəsində elektrik naqillərinin sıradan çıxması nəticəsində elektrik enerjisinin verilməsi dayanıb. Bəzi evlərin və binaların dam örtüyünə ziyan dəyib.

Hazırda aidiyyəti qurumlar yaranmış problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlər həyata keçirir.

Qeyd edək ki, şəhərin bəzi yerlərində güclü külək zamanı elektrik naqillərinin bir-birinə çırpılması nəticəsində yaranmış qısaqapanma səbəbindən bəzi vətəndaşların məişətdə işlətdikləri elektrik əşyaları və elektron avadanlıqları da sıradan çıxıb.

Hazırda rayon ərazisində küləkli hava şəraiti davam edir.