Zlatan İbrahimoviçin yeni klubu müəyyənləşdi
İdman 24 Mar 2018 14:18:00 288 0
Zlatan İbrahimoviçin yeni klubunun adına aydınlıq gəlib.
Goal.az xəbər verir ki, 36 yaşlı hücumçu karyerasını ABŞ-da davam etdirəcək. Belə ki, isveçli futbolçu "Los Angels Galaxyi" klubu ilə anlaşıb. Tərəflər arasında 2 illik müqavilə imzalanıb. İbra yeni klubunda illik 3 milyon avro maaş alacaq.
Qeyd edək ki, təcrübəli forvardın son klubu "Manchester United" olub.
Mənbə: goal.az