Axtarışda olan qadın Bakıda klubda əcnəbinin pulunu oğurladı


Kriminal 24 Mar 2018 13:50:00 298 0

Axtarışda olan qadın Bakıda klubda əcnəbinin pulunu oğurladı

Paytaxtda klubda əcnəbi vətəndaşın cibindən pul və sənədlərini oğurlayan qadın tutulub.

Son.az xəbər verir ki, martın 21-də Nərimanov rayonu ərazisində yerləşən klubda əcnəbi vətəndaş Cavad Nuravkən Davudun cibindən içərisində 14 min ABŞ dolları, sürücülük vəsiqəsi, hərbi bilet və bankomat kartları olan pul kisəsi oğurlanıb.

Nərimanov rayon Polis İdarəsi 17-ci Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Gəncə şəhər sakini Məftunə Mehdiyeva saxlanılıb.