Türkiyə Ordusu Afrində son 5 yaşayış məntəqəsini azad edir


Digərləri 24 Mar 2018 13:22:00 311 0

Türkiyə Ordusu Afrində son 5 yaşayış məntəqəsini azad edir

Türkiyə Silahlı Qüvvələri (SQ) Afrin bölgəsində son 5 yaşayış məntəqəsində "Zeytun budağı" əməliyyatını davam etdirir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə SQ Baş Qərargahının rəisi Hulusi Akar deyib.

O bildirib ki, bu gün əməliyyat çərçivəsində Türkiyə Ordusu "Azad Suriya Ordusu" ilə birgə Afrində son yaşayış məntəqələrini azad edir.