Gəncədə "Niva" DYP-nin avtomobilinə çırpılıb


Sosial 24 Mar 2018 11:46:56 271 0

Gəncədə "Niva" DYP-nin avtomobilinə çırpılıb

Faktla bağlı araşdırma aparılır

Gəncə şəhərində "Niva" markalı avtomobil Dövlət Yol Polisinə (DYP)məxsus avtomobilə çırpılıb.

"Report"un Qərb bürosununməlumatına görə, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində baş verib.

Hərəkətdə olan "Niva" idarəetmədən çıxaraq qarşı yolda olan DYP-yə məxsus "BMW"yəçırpılıb. Hadisə zamanı xəsarət alan olmasa da, hər ikiavtomobilə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.