220 metrlik teleqüllə söküldü VİDEO


Digərləri 24 Mar 2018 11:32:00 268 0

220 metrlik teleqüllə söküldü  VİDEO

Rusiyanın Yekaterinburq şəhərində tikintisi yekunlaşmamış teleqüllə sökülüb.

Son.az Trend-ə istinadən xəbər verir ki, inşasına sovet dövründə başlanılmış teleqüllə sökülərkən qırıntıların yayılmasının qarşısını almaq üçün tikilinin ətrafına xüsusi tor quraşdırılıb.

Söküntü işlərindən əvvəl bir neçə metr ərazidə küçə bağlanıb, yaxınlıqdakı binaların sakinləri təxliyə olunub.

Qeyd edək ki, 220 metrlik qüllənin Rusiyada "Ostankino"dan sonra ikinci ən hündür teleqüllə olacağı planlaşdırılırdı. 1983-cü ildə inşasına başlanılmış teleqüllənin tikintisi 1991-ci ildə maliyyə çatışmazlığı səbəbindən yarımçıq qalıb.