Azərbaycanda prezident seçkiləri ilə əlaqədar seçki bülletenlərinin çapına başlanılıb


Digərləri 24 Mar 2018 11:34:00 169 0

Azərbaycanda prezident seçkiləri ilə əlaqədar seçki bülletenlərinin çapına başlanılıb

Azərbaycanda prezident seçkiləri ilə əlaqədar seçki bülletenlərinin çapına başlanılıb.

Bakı. Elçin Mehdiyev - Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar seçki bülletenlərinin çapına başlanılıb. Trend-in məlumatına görə, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, 5 347 803 ədəd seçki bülleteninin hazırlanması nəzərdə tutulub. Bu da ümumi seçicilərin sayından 3 faiz çoxdur: "Seçki Məcəlləsinə uyğun olaraq bülletenlərin çap prosesi seçki gününə 10 gün qalmış, yəni aprelin 1-dək yekunlaşmalıdır. Seçki bülletenlərinin dərci bir həftə ərzində yekunlaşacaq. Seçki bülletenləri seçki dairələrinə səsvermə gününə 5 gün, seçki məntəqələrinə isə 3 gün qalmış çatdırılacaq". Bülletenlər Milli Məclisin mətbəəsində çap edilir. Qeyd edək ki, Azərbaycanda aprelin 11-də prezident seçkiləri keçiriləcək. Ölkədə 5 309 434 nəfər seçici var. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin