4 təşkilat prezident seçkilərində “exit-poll” keçirmək üçün MSK-ya müraciət edib


Digərləri 24 Mar 2018 11:37:00 292 0

4 təşkilat prezident seçkilərində “exit-poll” keçirmək üçün MSK-ya müraciət edib

4 təşkilat prezident seçkilərində “exit-poll” keçirmək üçün MSK-ya müraciət edib.

Bakı. Elçin Mehdiyev - 4 təşkilat Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar “exit-poll” keçirmək üçün sənədlərini Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib. Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib. “Azərbaycan Respublikasında seçkilərdə “exit-poll” keçirən təşkilatların akkreditasiyası Qaydaları”na əsasən "exit-poll" keçirmək istəyən təşkilatlar səsvermə gününə ən azı 20 gün qalanadək akkreditasiya üçün sənədlərini MSK-ya təqdim etməlidirlər. MSK səsvermə gününə ən azı 10 gün qalanadək "exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərar qəbul etməlidir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin