Prezident seçkiləri ilə bağlı seçki bülletenlərinin çapına başlanılıb


Digərləri 24 Mar 2018 11:26:23 144 0

Prezident seçkiləri ilə bağlı seçki bülletenlərinin çapına başlanılıb

Bülletenlər Milli Məclisin mətbəəsində çap edilir

Azərbaycanda Prezident seçkiləri ilə bağlıseçki bülletenlərinin çapına başlanılıb.

"Report"un xəbərinə görə, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov məlumat verib. O bildirib ki, ümumilikdə, 5 milyon 347 min 803 seçki bülleteninin hazırlanması nəzərdə tutulub.

Bülletenlər Milli Məclisin mətbəəsində çap edilir.

MSK-nın təsdiqlədiyi Azərbaycan Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, bülletenlərin çapı səsvermə gününə ən azı 10 gün qalmış, yəni aprelin 1-dək başa çatdırılmalıdır.

MSK səsvermə gününə azı 5 gün qalmış, yəni aprelin 6-dək seçki bülletenlərini dairə seçki komissiyalarına verməlidir. Səsvermə gününə azı 3 gün qalmış, yəni aprelin 8-dək dairə seçki komissiyaları seçki bülletenlərini məntəqə seçki komissiyalarına paylamalıdırlar.

Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-nə təyin edilib. Ölkədə 5 milyon 309 min 434 seçici var. Seçki Məcəlləsinə əsasən, seçki bülletenlərinin sayı seçicilərin sayından 3 faiz artıq olmalıdır.