"2017ci ildə dünyada 124 milyon insan aclıqdan əziyyət çəkib"


Dünya 24 Mar 2018 11:14:00 258 0

"2017ci ildə dünyada 124 milyon insan aclıqdan əziyyət çəkib"

2017-ci ildə dünyada 124 milyon insan aclıqdan əziyyət çəkib. Bu rəqəm 2015-ci ildə 80 milyon, 2016-da isə 108 milyon təşkil edib.

Son.az apa-ya istinadən xəbər verir ki, bunu BMT-nin Fövqəladə Hallar Yardım Koordinatoru Mark Lokok deyib.

O bildirib ki, yaşanan münaqişələr, ekstremal hava şəraiti və ərzağın qiymətlərinin artması faciəvi humanitar vəziyyətlərə gətirib çıxarır.

M.Lokokun sözlərinə görə, ac xalqların üçdə ikisi münaqişə zonalarında, ac uşaqların təxminən 80 faizi və ya 155 milyonu müharibə şəraitində yaşayır.

BMT rəsmisi əlavə edib ki, silahlı münaqişələr 18 ölkədə aclığa səbəb olub ki, onlardan da 15-i Afrika və Yaxın Şərq bölgəsində yerləşir.