Belçikanın Ham şəhərində Novruz şənliyi FOTO


Digərləri 24 Mar 2018 11:05:00 208 0

Belçikanın Ham şəhərində Novruz şənliyi  FOTO

2018-ci il martın 23-də Belçikanın Ham şəhərində Belçika - Azərbaycan Dostluq Cəmiyyəti və Ham bələdiyyəsi tərəfindən birgə ənənəvi Novruz şənliyi təşkil olunub.

Tədbirdə Belçika və Ham şəhəri ictimaiyyətinin nümayəndələri, Azərbaycan diasporunun üzvləri, eləcə də Azərbaycanın Belçikadakı səfirliyinin təmsilçiləri iştirak ediblər.

Son.az Trend-ə istinadən xəbər verir ki, tədbir zamanı Ham şəhərinin meri Dirk De Vis, Belçika - Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayxan Dəmirçi və səfirlik nümayəndəsi çıxış edərək bu qədim bayramın önəmindən bəhs edib, onun Avropa şəhərlərində qeyd edilməsinin Azərbaycanın zəngin milli-mədəni irsinin beynəlxalq tanınmasına xidmət etdiyini qeyd ediblər. 2009-cu ildən etibarən UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilmiş Novruzun Ham şəhəri misalında müxtəlif mənşəli şəxsləri bir araya gətirmək kimi keyfiyyətə malik olmaqla, dinlər və mədəniyyətlər arasında qarşılıqlı anlaşma aşılayaraq hazırkı təlatümlü dünyada mühüm əhəmiyyət kəsb etdiyi bildirilib.

Habelə 2017-ci ildə Ham şəhərinin bələdiyyə binası qarşısındakı mərkəzi meydanda ucaldılmış "Qarabağ atı" abidəsinin Azərbaycan və Belçika arasında sıx dostluq əlaqələrinin rəmzi olduğu xüsusi vurğulanıb.


Xəbərə aid fotolar