Sərdar İlon Maska sirkətinin "Facebook" səhifəsini sildirdi:


Digərləri 24 Mar 2018 10:22:00 327 0

Sərdar İlon Maska sirkətinin "Facebook" səhifəsini sildirdi:

"SpaceX" və "Tesla" kimi şirkətlərin sahibi olan amerikalı mühəndis İlon Mask şirkətlərinin "Facebook" hesabını silib.

Son.az qaynarinfo-ya istinadən xəbər verir ki, bu addıma "Facebook" sosial şəbəkəsinin 50 milyon istifadəçisinin şəxsi məlumatlarının qeyri-qanuni şəkildə istifadəsinin aşkarlanması olub. Hadisəyə etiraz edən bir qrup şəxs "Twitter"də "#deletefacebook" ("facebook"u sil) haştaqı ilə şirkət əleyhinə kampaniyaya başlayıb.

"WhatsApp" yaradıcılarından olan Brayn Əkton "It is time. #deletefacebook" ("Facebook"u silməyin vaxtıdır) tvitini yazıb. İlon Mask cavab olaraq "Facebook nədir ki?" sualını verib və "@serdarsprofile" adlı türkiyəli istifadəçi Maska "Əgər kişisənsə, "SpaceX" şirkətinin Facebook hesabını sil" cavabı ilə müraciət edib və Mask "Bilmirdim ki, belə bir şey var. Edəcəyəm" deyib və şirkətin səhifəsini silib.


Xəbərə aid fotolar