İstanbuldan gələn sərnişinin çantasında güclü təsirə malik dərman preparatı aşkarlandı FOTO


Digərləri 24 Mar 2018 10:26:00 289 0

İstanbuldan gələn sərnişinin çantasında güclü təsirə malik dərman preparatı aşkarlandı  FOTO

Sərnişinin çantasında güclü təsir edən dərman preparatı aşkarlanıb.

Dövlət Gömrük Komitəsindən Son.az-a verilən məlumata görə, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı İbrahimov Emil Abdurəşid oğlu gömrük nəzarətindən keçərkən əvvəlcədən mütləq qaydada bəyan etməli olduğu əşyaları gömrük qanunvericiliyinin tələbinə əsasən gömrük orqanına elektron və ya yazılı formada bəyan etməyib.

E.İbrahimov əl çantasını "X-Ray" aparatına qoyub gömrük nəzarətindən keçərkən, çantasında olan təsvirlər və sərnişinin hərəkətləri şübhə doğurduğu üçün o, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən müvafiq qanunvericiliyə uyğun saxlanılıb və çantasına təkrar yoxlama keçirilib. Yoxlama zamanı sərnişinə məxsus qara rəngli əl çantasında olan ağ rəngli sellofan paketin içindən 3 ədəd üzərində "LYRICA Pfızer Pregabalin 300mg kapsül" sözləri yazılmış qutuda cəmi 168 ədəd kapsul aşkar edilib.

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin müvafiq arayışına əsasən təqdim olunmuş "Lyrica Preqabalin 300 mg" yazısı olan 168 ədəd ağ/qəhvəyi rəngli kapsulda ağ rəngli maddə dərman preparatı-preqabalindir. Ümumi sayı 168 ədəd olan kapsulda (bir kapsulda 300mg) təsiredici maddənin ümumi miqdarı 50,4 qram təşkil edir.

Xatırladaq ki, preqabalin Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.


Xəbərə aid foto