Bakıda külək hündürmərtəbəli binadakı su çənini avtomobilin üzərinə aşırıb - VİDEO


Sosial 24 Mar 2018 10:05:20 292 0

Bakıda külək hündürmərtəbəli binadakı su çənini avtomobilin üzərinə aşırıb - VİDEO

Hadisə Yasamal rayonunda qeydə alınıb

Bakıda güclü külək hündürmərtəbəli binanın üstündəki su çənini aşırıb.

”Report”un xəbərinə görə, Yasamal rayonu, 586-cı məhəllə, Ə.Ələkbərov küçəsi 97D ünvanında baş verən hadisə zamanı çən binanın həyətində dayanmış avtomobilin üstünə düşüb.

Hadisə nəticəsində avtomobilə ziyan dəyib.