İstanbuldan gələn sərnişinin çantasında güclü təsirə malik dərman preparatı aşkarlanıb - FOTO


Digərləri 24 Mar 2018 10:08:40 193 0

İstanbuldan gələn sərnişinin çantasında güclü təsirə malik dərman preparatı aşkarlanıb - FOTO

İstanbuldan gələn sərnişinin çantasında güclü təsirə malik dərman preparatı aşkarlanıb

Bakı. Sərnişinin çantasında güclü təsir edən dərman preparatı aşkarlanıb. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı İbrahimov Emil Abdurəşid oğlu gömrük nəzarətindən keçərkən əvvəlcədən mütləq qaydada bəyan etməli olduğu əşyaları gömrük qanunvericiliyinin tələbinə əsasən gömrük orqanına elektron və ya yazılı formada bəyan etməyib. E.İbrahimov əl çantasını "X-Ray" aparatına qoyub gömrük nəzarətindən keçərkən, çantasında olan təsvirlər və sərnişinin hərəkətləri şübhə doğurduğu üçün o, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən müvafiq qanunvericiliyə uyğun saxlanılıb və çantasına təkrar yoxlama keçirilib. Yoxlama zamanı sərnişinə məxsus qara rəngli əl çantasında olan ağ rəngli sellofan paketin içindən 3 ədəd üzərində "LYRICA Pfızer Pregabalin 300mg kapsül" sözləri yazılmış qutuda cəmi 168 ədəd kapsul aşkar edilib.