Avropanın 20 ölkəsi Rusiya diplomatlarını


Dünya 24 Mar 2018 08:48:00 260 0

Avropanın 20 ölkəsi Rusiya diplomatlarını

Kampaniya Aİ-nin Moskvadakı səfirinin geri çağırılması ilə başlanacaq

Avropanın 20 dövləti "Sripal işi"nə görə, rusiyalı diplomatları ölkəsindən göndərməyə hazırdır.

Son.az "Report"a istinadən bildirir ki, Rusiyaya qarşı tədbirlər martın 26-da həyata keçiriləcək.

Qərb kampaniyası Avropa İttifaqının Moskvadakı səfirinin geri çağırılması ilə başlayacaq.

"İndiyədək misli görünməmiş və əlaqələndirilmiş şəkildə ölkə ərazisindən çıxarılma mərhələsi bazar ertəsindən Avropa İttifaqının Moskvadakı səfirinin 4 həftəlik geri çağırılması ilə başlanacaq", - deyə "The Times" yazıb.

Müvafiq qərar martın 22-də Aİ-nin Brüsseldə keçirilən sammitində qəbul olunub. Britaniyanın baş naziri Tereza Mey yenidən Rusiyanı Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripalın zəhərlənməsində günahlandırıb və preparatın adını açıqlayıb.