Şərqi Qutadan 100 mindən çox adam çıxıb


Dünya 24 Mar 2018 08:33:00 215 0

Şərqi Qutadan 100 mindən çox adam çıxıb

Şərqi Qutadan "humanitar pauzalar" başlayandan 100 mindən çox adam çıxıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Suriyada düşmən tərəflərin barışdırılması üzrə Mərkəzin rəisi general-mayor Yuriy Yevtuşenko deyib.

Y.Yevtuşenko bildirib: "Cəmi "humanitar pauzalar" başlayandan Suriyada düşmən tərəflərin barışdırılması üzrə Mərkəzin köməyi ilə Şərqi Qutadan 103606 adam çıxıb".