"Cambridge Analytica"nın ofisində axtarışlara başlanılıb
Dünya 24 Mar 2018 08:21:00 305 0
Axtarışlar Facebookla bağlıdır
Böyük Britaniya hüquq-mühafizə orqanlarının əməkdaşları "Facebook" sosial şəbəkəsi istifadəçilərinin məlumatlarına çıxış əldə etməsinin araşdırılması ilə əlaqədar "Cambridge Analytica"nın Londondakı ofisində axtarış aparmağa başlayıblar.
Son.az "Report"a istinadən bildirir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb.
Mənbə: milli.az