Heydər Əliyev Beynəlxalq Hava Limanı dünyanın ən yaxşı hava limanlarının arasında


Digərləri 24 Mar 2018 07:45:59 241 0

Heydər Əliyev Beynəlxalq Hava Limanı dünyanın ən yaxşı hava limanlarının arasında

Heydər Əliyev Beynəlxalq Hava Limanı "World Airport Awards-2018" reytinqi üzrə dünyanın bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə siyahıda 65-ci yer tutub

Bakı. Əli Qasımov - Heydər Əliyev Beynəlxalq Hava Limanı "World Airport Awards-2018" reytinqi üzrə dünyanın bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə siyahıda 65-ci yer tutub. Siyahıya 6-ci il ardıcıl olaraq Sinqapurun Çanqi Beynəlxalq Hava Limanı başçılıq edir. Trend-in məlumatına görə, eyni zamanda Heydər Əliyev Beynəlxalq Hava Limanı Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında ən yaxşı hava limanı seçilib. (Siyahı) Bundan əlavə, Heydər Əliyev Beynəlxalq Hava Limanı hər il 5 milyona qədər sərnişinə xidmət göstərən hava limanları arasında 3-cü yerdə qərarlaşıb. Bu siyahıya London-Siti başçılıq edir. (Siyahı)