Azərbaycan Ukrayna ilə hərbi əməkdaşlığı genişləndirib


Siyasət 24 Mar 2018 04:51:34 262 0

Azərbaycan Ukrayna ilə hərbi əməkdaşlığı genişləndirib

Əməkdaşlığın əsas hissəsini müasir silah və texnikanın ixracı təşkil edib

Azərbaycan Ukraynanın "Xüsusi Texnologiya İxracı" xarici ticarət müəssisəsi ilə əməkdaşlığı genişləndirib.

“Report” xəbər verir ki, bu barədə müəssisənin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, şirkət 2017-ci ildə 120 milyon dollar dəyərində hərbi məhsul satıb.

Satışın əsas hissəsini tərəfdaşların tələbatına uyğun olaraq, Ukrayna istehsalı olan müasir silah və texnikaların ixracı tışkil edib.

Məlumata görə, müəssisənin xarici ticarət dövriyyəsinin yarısını Hindistana 65 milyon dollar dəyərində müdafiə məhsullarının ixracı tutub. Bundan əlavə müəssisə İndoneziya, Səudiyyə Ərəbistanı, Küveyt, Misir, Azərbaycan, Türkiyə və Gürcüstan kimi ölkələrlə əməkdaşlığı fəallaşdırıb.