Göygöldə qəzada ölən Moldova vətəndaşlarının iki qardaş olduqları müəyyənləşib


Sosial 24 Mar 2018 02:08:45 283 0

Göygöldə qəzada ölən Moldova vətəndaşlarının iki qardaş olduqları müəyyənləşib

Onlardan biri hadisə yerində, digəri isə xəstəxanada həyatını itirib

Martın 20-də gecə saatlarında Bakı-Qazax avtomobil yolunda avtoqəza nəticəsində həyatını itirmiş hər iki xarici vətəndaşın şəxsiyyəti müəyyənləşib.

"Report"un Qərb bürosunun məlumatına görə, qəza yolun Göygöl rayonunun Hacıməlik kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Bolqarıstan dövlət qeydiyyat nişanlı "BMW" markalı avtomobilin yolun dəmir maneəsinə çırpılması nəticəsində Moldova vətəndaşları olan iki qardaş - Codrean İvan və Codrean Vasile ölüb.

Onlardan biri - sürücü İ.Codrean hadisə yerində, qardaşı V.Codrean isə xəstəxanada həyatını itirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.